Məşhur rejissor vəfat etdi

Məşhur italyan rejissor Bernardo Bertoluççi vəfat edib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o, 77 yaşında dünyasını dəyişib.

1940- cı ildə İtaliyada anadan olan Bertoluççi 1960-cı illərdə Jan-Lyuk Qodarın və Pyer Paolo Pazolininin davamçısı olub. O, mommunizm və freydizmlə maraqlanır, filmlərində sosial olanla intim olanları incə bir şəkildə əlaqələndirirdi. Filmlərinin bir çoxunda insan seksuallığının tabu sayılan formalarına — insestə, triolizmə, homoseksuallığa müraciət edirdi.

Bir qayda olaraq, bütün filmlərinin operatoru italyan kino tənqidçilərinin "işıq-kölgə tanrısı" adlandırdığı Vittorio Storarodur.

"Konformist" (1970) və "Parisdə sonuncu tanqo" (1972) ən məşhur filmləri sırasında yer alır.

AzNews.az