Görüşdə Fərid Hüseyn mühazirə oxuyub Görüşdə Fərid Hüseyn mühazirə oxuyub

Gənc yazar tələbələrə “Leyli və Məcnun”dan danışdı - FOTO

Görüşdə Fərid Hüseyn mühazirə oxuyub

Dekabrın 26-da Xəzər Universitetində şair-esseist Fərid Hüseynlə görüş keçirilib.

AzNews.az-ın məlumatına görə Fərid Hüseyn tələbələrə Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri barədə “Məcnunlar və Leyli” adlı mühazirəsini oxuyub.

Görüşdə “Zəkioğlu” nəşriyyatının direktoru, tərcüməçi İlknur Yurdanur və yazıçı Mirmehdi Ağaoğlu da iştirak ediblər.

Xəzər Universitetinin müəllimi, görüşün təşkilatçısı, şair Qardaşxan Əzizxanlı çıxış edərək tədbirin ikinci dəfə baş tutmasına sevindiyini bildirib: “Bu, istetadlı şair-essesit Fərid Hüseynin tələbələrimizlə ikinci görüşüdür. Bundan əvvəl də Fərid bəy Lev Tolstoyun “Anna və Karenina” romanı barədə mühazirə oxumuş və maraqla qarşılanmışdı. Tədris fənnimiz “Dünya ədəbiyyatı” olmasına baxmayaraq, qərara aldıq ki, bu dəfə də dahi şairimiz Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması barədə mühazirə oxusun. Füzuli dünya səviyyəli şair olduğu üçün, onu təkcə milli kontekstdə deyil, bəşəri kontektsdə də öyrənmək gərək”.

Qardaşxan Əzizxanlıdan sonra tələbə Zeynəb Bağırovanın Nobel mükafatı laureatı Boris Pasternakın həyat və yaradıcılığı haqqında çıxışı dinlənilib.

Çıxışdan sonra “Zəkioğlu” nəşriyyatının direktoru, tərcüməçi İlknur Yurdanur Fərid Hüseynin şeirini səsləndirib.

Daha sonra Fərid Hüseyn “Məcnunlar və Leyli” mühazirəsini təqdim edib. Bir saat davam edən mühazirə böyük maraqla qarşılanıb.

Mühazirə dinlədildikdən sonra yazıçı Mirmehdi Ağaoğlu çıxış edərək görüş barədə təəssüratlarını bölüşüb.

Sonda xatirə şəkli çəkilib.

AzNews.az

image description image description image description image description image description image description image description image description