O, Adriano Çelentanonun “rəsmi əkiz”idir O, Adriano Çelentanonun “rəsmi əkiz”idir

“Celentano Tribute Show” Heydər Əliyev Sarayında çıxış edəcək

O, Adriano Çelentanonun “rəsmi əkiz”idir

Bütün dünyada trend olan “Celentano Tribute Show” fevralın 13-də Heydər Əliyev Sarayında çıxış edəcək.

Maurizio Schveizer mükəmməl aktyor və müğənni Adriano Çelentanonun “rəsmi əkiz”idir. Bu şou sevimli italyan sənətkarın ən yaxşı mahnılarını eşitmək üçün əla şansdır.

“Celentano Tribute Show” tamaşaçıları o qədər heyran edir ki, onlar qarşılarında çıxış edənin Adriano Çelentanonun özü olduğundan şübhə etmirlər. Bu günlərdə sənətkarın özü çox nadir hallarda çıxış edir, doğma ölkəsinin hüdudlarından kənara çıxmır. Bu təkrarsız şou sizə Adriano Çelentanonun konsertində olduğunuzu hiss etdirəcək.

Şou-konsert öz rəngarəngliyi ilə də insanı heyran qoyur. Bütün çıxışlar detallarına qədər düşünülür. Xüsusi diqqət isə səhnə qəhrəmanının - Maurizio Schveizerin səhnə obrazına yetirilir. Onun bütün kostyumları Çelentanonun kostyumlarının tam eynisi olur.

İstedadı və böyük əməyi sayəsində Maurizio öz tanınmış əkizinin obrazının bütün detallarını - səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilir. (Azərtac)

AzNews.az