“Ölkə prezidentinin tapşırıqları yüksək səviyyədə icra ediləcək” “Ölkə prezidentinin tapşırıqları yüksək səviyyədə icra ediləcək”

“Mədəniyyət sahəsində ciddi islahatlar həyata keçiriləcək”

“Ölkə prezidentinin tapşırıqları yüksək səviyyədə icra ediləcək”

“Cənab Prezidentin son Fərmanı mədəniyyət sahəsində ciddi islahatların həyata keçirilməsinə səbəb olacaq”.

Bunu AzNews.az-a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov prezident İlham Əliyevin Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanı ilə bağlı suala cavabında deyib. Onun sözlərinə görə, fərmanda müxtəlif əlaqədar qurumlara, təşkilatlara çox ciddi tapşırıqlar verilib və onların qarşısında məsələ qoyulub:

“Nazirlik bu Fərmanın icrası ilə bağlı fəaliyyətini davam etdirəcək. Mədəniyyət müəssisələrinin fəaliyyətlərinin optimallaşdırılması, strukturun təkmilləşdirilməsi, səmərəliliyin artırılmasının təmin edilməsi barədə təkliflərin hazırlanması üçün komissiya yaradılıb. Ölkə prezidentinin tapşırıqları yüksək səviyyədə icra ediləcək”.

İntiqam Hümbətov qeyd edib ki, bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də fəaliyyətin təkmilləşdirilməsi, müasir tələblər səviyyəsində xidmətlərin qurulması, müasir yanaşmaların tətbiq edilməsi və s. işlərlə bağlı islahatlar həyata keçirilir: “Xüsusən də son iki il ərzində Mədəniyyət Nazirliyi sistemində idarələr səviyyəsində çiddi dəyişikliklər baş verib. O, cümlədən nazirliyin rayon, şəhər mədəniyyət şöbələri ləğv olunaraq regional mədəniyyət idarələri və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi yaradılıb. Bu artıq böyük işlahatın başlanığıcıdır. Mədəniyyət sistemində uzun illərdir fəaliyyət göstərən köhnə idarəçilik artıq yeni sistemlə əvəz edilmiş və şəhər mədəniyyət mərkəzlərini daha fəal, müasir tələblər səviyyəsində fəaliyyətinin tətbiq edilməsi, göstərilən xidmətlərin səviyyəsinin müasir tələblər səviyyəsinə çatdırılması və s. məsələlər aktualdır”.

Qeyd edək ki, prezidenti İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib. Fərmanda Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün Komissiya yaradılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az