- Mədəni adam
- 17 Yanvar 2019 11:24
- 1 380
Teatrda 20 Yanvar tədbirləri
Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsi ilə əlaqədar tədbirlər keçirilib
Füzuli Dövlət Dram Teatrı 20 Yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanmış "Müstəqilliyə aparan yol” adlı poetik xalq tamaşası ilə rayonun işğaldan azad olunmuş kəndlərində, yeni salınmış qəsəbələrdə və "N” saylı hərbi hissələrdə tədbirlərə start verib.
AzNews.az-ın məlumatına görə, poetik xalq tamaşası Füzuli rayon səhiyyə işçilərinə təqdim olunub.
20 Yanvar şəhidlərinin xatirələrini, həyat hekayəsini və qəhrəmanlıqlarının əks olduğu tamaşanın quruluşçu rejissoru, əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Elllinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.
Tamaşada əsas rollarda Elşən Gözəlov, Ayşən Gülmalıyeva, Qaçaq Qarayev, Sevinc Məmmədova, Sehran Xanlarov və başqaları çıxış edir.
AzNews.az