Tamaşadan sora maraqlı görüş olub Tamaşadan sora maraqlı görüş olub

“Qodonun intizarında” tamaşası tələbələrin ifasında - FOTO

Tamaşadan sora maraqlı görüş olub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Teatrında Teatr sənəti fakültəsinin tələbələrinin kurs işi olan “Qodonun intizarında” tamaşası nümayiş olunub.

AzNews.az-ın verdiyi xəbərə görə, absurd dramaturgiyanın parlaq nümayəndəsi Samuel Bekketin eyniadlı əsəri əsasında hazırlanan tamaşada Dram rejissoru ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Mir Qabil Əkbərov (Vladimir), Ümid Abbas (Estraqon), Əlisahib Cəlilov (Poçço) və Pərvin Dadaşova (Lakki) çıxış edirlər. Kursun rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

Tamaşadan sonra ADMİU-nun rektoru professor Ceyran Mahmudova, Teatr sənəti fakültəsinin dekanı dosent Ellada Hüseynova, Dram rejissoru kafedrasının müdiri dosent Sevda Teymurova, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və Əməkdar artist Şövqi Hüseynovun iştirakı ilə keçirilən müzakirədə tələbə-aktyorların ifaları təhlil olunub.

AzNews.az

image description image description image description image description image description