Yazıçı məşhur “Romeo və Cülyetta” əsərini bu evdə yazıb Yazıçı məşhur “Romeo və Cülyetta” əsərini bu evdə yazıb

Uilyam Şekspirin Londonda yaşadığı ev tapıldı

Yazıçı məşhur “Romeo və Cülyetta” əsərini bu evdə yazıb

İngilis şairi, yazıçısı və aktyoru Uilyam Şekspirin Londonda yaşadığı ev tapılıb.

Yazıçı məşhur “Romeo və Cülyetta” əsərini bu evdə yazıb.

Teatr tarixçisi Cefri Marş yazıçının 1590-cı illərdə yaşadığı evi tapmaq üçün rəsmi qeydlər və vergi sənədləri üzərində araşdırma aparıb. Bu araşdırmalar nəticəsində tarixçi Şekspirin Londonun mərkəzi olan Liverpul küçəsində yaşadığını dəqiqləşdirib.

Cefri Marş deyib: “Şekspirin Londonda yaşadığı yer bizə onun işi və həyatı üçün ilham verən daha dərin məlumatlar verir”.

Qeyd edək ki, yazıçının yaşadığı yerin tapılmasında 1597-1598-ci illərdə ödədiyi vergi qeydlərinin böyük rolu olub.(AZƏRTAC)

AzNews.az