Fransalı rejissor Jan-Klod Brisso 74 yaşında dünyasını dəyişib Fransalı rejissor Jan-Klod Brisso 74 yaşında dünyasını dəyişib

Fransalı rejissor vəfat etdi

Fransalı rejissor Jan-Klod Brisso 74 yaşında dünyasını dəyişib

"Le Monde" nəşri xəbər verir ki, Brisso öz Parisdəki evində keçinib.

Rejissorun nümayəndələri faktı təsdiq ediblər.

Bununla yanaşı incəsənət xadiminin nədən öldüyü hələ ki, məlum deyil.

Jan-Klod Brisso 17 iyul 1944-cü ildə Parisdə doğulub. O, öz karyerası ərzində 12-dən çox film çəkib.

Brissoya daha çox "Bəyaz toy", "Gizli ehtiraslar" və "Selin" filmləri şöhrət gətirib.(report.az)

AzNews.az