Tamaşa oktyabrın 25-də nümayiş olunacaq Tamaşa oktyabrın 25-də nümayiş olunacaq

Gənc Tamaşaçılar Teatrının aktrisasının “cəza”sı bəlli olacaq

Tamaşa oktyabrın 25-də nümayiş olunacaq

Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri “Cəza” tamaşası təqdim olunacaq.

AzNews.az xəbər verir ki, tamaşa oktyabrın 25-də nümayiş olunacaq. Psixoloji oyun dramında rolu əməkdar artist Kəmalə Hüseynova ifa edəcək.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşçusu isə İsa Əsədovdur.

Qeyd edək ki, səhnə əsəri ilk dəfə Başqırdıstanın Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında nümayiş edilib.

Aktrisa Kəmalə Hüseynova festivalda “İstedadlı ifaya görə” Başqırdıstan Mədəniyyət Nazirliyinin xüsusi diplomuna layiq görülüb.

Bahar RÜSTƏMLİ

AzNews.az