Hər bir ziyalı, qələm adamı xalqının elmini, ədəbiyyatını həm öz xalqına, həm də dünyaya tanıtmağa çalışmalıdır Hər bir ziyalı, qələm adamı xalqının elmini, ədəbiyyatını həm öz xalqına, həm də dünyaya tanıtmağa çalışmalıdır

Nizami Cəfərov: Haqqımda hazırlanan biblioqrafiya görə təşəkkür edirəm

Hər bir ziyalı, qələm adamı xalqının elmini, ədəbiyyatını həm öz xalqına, həm də dünyaya tanıtmağa çalışmalıdır

Elm, mədəniyyət məbədi olan Azərbaycan Milli Kitabxanasında haqqımda hazırlanan biblioqrafiyanın və elektron bazanın təqdimatı keçirildi. Bunların ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edirəm.

Bu fikirləri Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Nizami Cəfərov. Biblioqrafiya” kitabının və “Nizami Cəfərov - 60” elektron məlumat bazasının təqdimatında jurnalistlərə müsahibəsində Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov deyib.

O bildirib ki, hər bir ziyalı, qələm adamı xalqının elmini, ədəbiyyatını həm öz xalqına, həm də dünyaya tanıtmağa çalışmalıdır.

“Mən də bu sahədə əlimdən gələni etməyə çalışıram. Mənim üçün qürurvericidir ki, fəaliyyətim dövlətimiz tərəfindən də yüksək səviyyədə qiymətləndirilir. 2019-cu il sentyabrın 20-də Prezident İlham Əliyevin Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunmağım mənim fəaliyyətimə verilən yüksək dəyərdir. Bu dəyər üçün Prezidentimizə xüsusi təşəkkürümü bildirirəm. Təltif olunmağım mənim üçün həm də böyük məsuliyyət deməkdir”, - deyə Nizami Cəfərov qeyd edib.

AzNews.az