O, bu il “Gənc qadınlar elmdə” müsabiqəsində II yerə layiq görülüb O, bu il “Gənc qadınlar elmdə” müsabiqəsində II yerə layiq görülüb

Tarix İnstitutunun əməkdaşı “İlin peşəkar gənci” fəxri adına layiq görüldü

O, bu il “Gənc qadınlar elmdə” müsabiqəsində II yerə layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, institutda YAP-ın ilk partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafar-zadə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən elan olunmuş “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olub.

Tarix İnstitutundan AzNews.az-a verilən məlumata görə, Lamiyə Qafar-zadə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə “İlin peşəkar gənci” fəxri adı ilə təltif olunub.

Xatırladaq ki, o, 2017-ci ildəki uğurlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatına, 2019-cu ildə isə “Gənc qadınlar elmdə” müsabiqəsində II yerə layiq görülüb.

AzNews.az

image description