“Mədəni, mənəvi və dini irsə qarşı vandalizm anlaşılmaz və qəbuledilməzdir" “Mədəni, mənəvi və dini irsə qarşı vandalizm anlaşılmaz və qəbuledilməzdir"

Erməni vandalizminin qurbanı olan daha bir Ağdam məscidinin fotoları paylaşıldı

“Mədəni, mənəvi və dini irsə qarşı vandalizm anlaşılmaz və qəbuledilməzdir"

“National Geografic” jurnalının fotojurnalisti, fransız fotoqraf Rza Diqqəti Azərbaycan, Qarabağla bağlı yeni paylaşım edib.

AzNews.az xəbər verir ki, fotoqraf Ağdamın Qiyasi kəndindəki məscidi paylaşaraq, ermənilərin necə vandal olduqlarını qeyd edib.

“Mədəni, mənəvi və dini irsə qarşı vandalizm anlaşılmaz və qəbuledilməzdir. Müxtəlif münaqişələrə şahid olmuşam. Son bir neçə gündə Qarabağda qəbiristanlıqlar dağıdıldı, evlər yandırıldı və məscidlər tövləyə çevrildi. Ağdamın Qiyasi kəndində olan 18-ci əsrə aid məscid inəklərin saxlanılması üçün istifadə edilib. Azərbaycanlılar tərəfindən tapılanda nəcislə dolu idi. Bölgəni tərk etməzdən əvvəl əlinə gələni götürüb və məscidə od vurublar. Yenidənqurma və bərpa çox vaxt aparacaq”, - deyə fotoqraf paylaşımda bildirib.

Səidə

AzNews.az

image description image description image description image description