- Mədəni adam
- 6 Fevral 2021 13:25
- 16 998
Cəbrayıl şəhərində Reza Deqatinin sərgisi açılıb

Hikmət Hacıyev, Elçin Əmirbəyov sərgi ilə tanış olublar
Ermənistanın işğalından azad olunan Cəbrayıl şəhərində dünya şöhrətli fotoqraf Reza Deqatinin sərgisi açılıb.
AzNews.az xəbər verir ki, sərgidə şəhərin işğaldan əvvəlki vəziyyətini əks etdirən fotolar nümayiş etdirilir.
R.Deqati şəhərin müxtəlif ərazilərində dayanaraq həmin yerin işğaldan əvvəlki vəziyyətini əks etdirən fotoları nümayiş etdirib.
Cəbrayılda səfərdə olan Azərbaycandakı xarici ölkə səfirləri, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri, Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov sərgi ilə tanış olublar.
Qeyd edək ki, dünya şöhrətli fotoqraf Reza Deqati Azərbaycanın Ermənistanın işğalından azad olunmuş ərazilərinə səfər edərək oradakı vəziyyəti əks etdirən şəkillər çəkib.