"Atam öz şəxsiyyətini qoruyan adamdır" "Atam öz şəxsiyyətini qoruyan adamdır"

"Atamın vəziyyəti ağırdır"- Məşhur xanəndə koronovirusa yoluxdu

"Atam öz şəxsiyyətini qoruyan adamdır"

Məşhur muğam ustası, Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi Sərdar Əvəzoğlu koronavirusa yoluxub.

Bu barədə AzNews.az-a sənətkarın oğlu, xanəndə Fərid Əmiraslanov məlumat verib. O, deyib:

Respublikanın Fəxri mədəniyyət işçisi, Qarabağımızın dəyərli el sənətkarı atam Sərdar Əvəzoğlu koronavirusa yoluxub, ağır vəziyyətdədir. Çox heyf ki əlimdən bir övlad kimi heç nə gəlmir. Öz əlimizdə olmayan şeylər var. Atam öz şəxsiyyətini qoruyan adamdır, buna görə heç kimin xəbəri yoxdur. Bəlkə buna görə məni qınaya, danlaya da bilər, ancaq yenə də mən aidiyyatı qurumlardan atamın səhhətinin normala qayıtması üçün köməklik göstərmələrini xaiş edirəm.

AzNews.az