- Mədəni adam
- 24 May 2021 13:17
- 19 143
Tahir Salahov dəfn edildi - FOTOLAR
O, mayın 21-də Almaniyada, müalicə olunduğu xəstəxanada vəfat edib
Xalq rəssamı Tahir Salahovla vida mərasimi keçirilir.
AzNews.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, İçərişəhərdə yerləşən “Art Galleri”dəki mərasimdə mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.
Daha sonra Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunacaq. Artıq mədəniyyət naziri Anar Kərimov da dəfn mərasimində iştirak etmək üçün I Fəxri Xiyabana gəlib.
Xatırladaq ki, o, mayın 21-də Almaniyada, müalicə olunduğu xəstəxanada vəfat edib.
***
Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunub.