Qadınlarla bağlı edəcəyin üç şey var. Ya onları sevə bilərsən, ya... Qadınlarla bağlı edəcəyin üç şey var. Ya onları sevə bilərsən, ya...

Qadınlar haqqında 10 unudulmaz aforizm

Qadınlarla bağlı edəcəyin üç şey var. Ya onları sevə bilərsən, ya...

Aznews.az qadınlar haqqında ən maraqlı aforizmləri təqdim edir.

Qadınlarla bağlı edəcəyin üç şey var. Ya onları sevə bilərsən, ya onlar üçün əzab çəkə bilərsən, ya da onları ədəbiyyata çevirə bilərsən.

Henri Miller

Qadınlar sevilmək üçün yaradılıblar, anlamaq üçün deyil.

Oskar Uayld

Qadınlar bizi sevdikləri zaman hər günahımızı bağışlayarlar.

Onore de Balzak

Gözəl qadın gözə, yaxşı qadın ürəyə xoş gələr, birincisi brilliant, ikincisi xəzinədir.

Napoleon

Dünyada gördüyümüz hər şey qadının əsəridir.

Atatürk

Gecə qadınlarla ulduzları gözəl göstərir.

Corc Bayron

Sevən qadın sevdiyi kişinin bütün qüsurlarını, hətta cinayətlərini belə ilahiləşdirər.

Dostoyevski

Qadınları gözəl edən Tanrı, sevimli edən isə şeytandır.

Viktor Hüqo

Qadın hər şeyi bağışlayar, ancaq unutmaz.

Konfutsi

Çirkin qadın yoxdur, gözəl görünməsini bilməyən qadın var.

Jan de Labryuer