XVIII əsrin tarixi tikililərindən olan hamamın yeni görkəmi göz oxşayır XVIII əsrin tarixi tikililərindən olan hamamın yeni görkəmi göz oxşayır

Tarixi "Qum hamamı" bərpa olunub

XVIII əsrin tarixi tikililərindən olan hamamın yeni görkəmi göz oxşayır

Bir müddət öncə Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən "Qum hamamı"nda çəkiliş aparmışdıq. Təmizlik nümunəsi sayılan hamamın içərisi zibil tullantıları ilə dolu idi və ətrafı da üfunət qoxusü bürümüşdü. "Report"un əməkdaşları çəkiliş aparan zaman Sabunçu Rayon İcra Hakimiyyətindən əraziyə nümayəndələr cəlb olunmuş, tarixi abidənin tullantılardan təmizlənməsi işlərinə başlanılmışdı.

Bu günlərdə növbəti dəfə yolumuzu Maştağa qəsəbəsindən salıb "Qum hamamı"nda mövcud vəziyyətin dəyişib-dəyişmədiyi ilə maraqlandıq.

Artıq zibil tullantıları ilə çirkləndirilmiş "Qum hamamı"ndan əsər-əlamət qalmamışdı. XVIII əsrin tarixi tikililərindən olan hamamın yeni görkəmi göz oxşayır. Hazırda ərazidə nəinki çirkab tullantılarına rast gəlinir, nə də üfunət qoxusu var.

Qeyd edək ki, "Qum hamamı" kəhrizin üzərində tikilib. Su isti qumun altından çıxdığına görə “Qum hamamı” deyirlər. Hamam iki əsas hissədən, soyunma və yuyunma otağından ibarət olub.