“Əvəzolunmaz sənətkarımızın bu gün 70 yaşı tamam olur" “Əvəzolunmaz sənətkarımızın bu gün 70 yaşı tamam olur"

Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı

“Əvəzolunmaz sənətkarımızın bu gün 70 yaşı tamam olur"

Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür.

AzNews.az BAKU.WS-a istinadən xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib.

F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:

“Əvəzolunmaz sənətkarımızın bu gün 70 yaşı tamam olur. Kaş sağ olardın, 60 illik yubileyindəki kimi bu günü də doğmalarınla, əzizlərinlə bir yerdə qeyd edərdik. Amma səni hörmət və ehtiramla yad edirəm, əziz insan, Allah sənə rəhmət etsin. Məkanın cənnət olsun. Allah balalarını, yoldaşını, nəvəni qorusun”.

Xatırladaq ki, Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.