Bakıda məşhur latviyalı rəssam Datse Ştraussun Qarabağ atlarına həsr olunmuş sərgisi açılıb Bakıda məşhur latviyalı rəssam Datse Ştraussun Qarabağ atlarına həsr olunmuş sərgisi açılıb

Latviyalı rəssam: "Qarabağ atlarının cazibəsi məni valeh etdi"

Bakıda məşhur latviyalı rəssam Datse Ştraussun Qarabağ atlarına həsr olunmuş sərgisi açılıb

Aznews.az xəbər verir ki, sentyabrın 28-dək davam edəcək sərgi Latviyanın Azərbaycandakı səfirliyi, "Arts Council of Azerbaijan" və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə birgə təşkil olunur.

Latviyalı rəssam Azərbaycanda olduğu müddətdə onu yeni əsərlər yaratmağa ilham verən Qarabağ atları ilə tanış olmaq imkanı əldə edib.

D.Ştrauss açıqlamasında bildirib ki, Qarabağ atları onun yaradıcılığında xüsusi yer tutur: "Onların gözəlliyi və cazibəsi məni valeh edib, yeni rəsm əsərləri yaratmağa ilham verib".

Rəssam Qarabağda da belə bir sərginin təşkil edilməsinin əhəmiyyətini qeyd edib.

Sərginin açılışında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Sərgiyə giriş yalnız COVID pasportları ilədir.