Rasim Balayev: "Prezidentimiz sağ olsun ki, əməyimi dəyərləndirdi"

Xalq artisti Rasim Balayevin bu gün 75 yaşı tamam olur. Xalq artisi bu münasibətlə Prezident İlham Əliyev tərəfindən "İstiqlal" ordeni ilə təltif olunub.

O bu barədə təəssüratıarını AzNews.az-la bölüşüb.

"Prezidentimiz sağ olsun ki, əməyimi dəyərləndirdi. Prezidentimiz ki işinin çoxluğuna və gərginliyinə baxmayaraq məni də diqqətdə saxlayıb bunun üçün ona təşəkkürümü bildirirəm. İndiyədək əməyimin qarşılığı olaraq verilən ən böyük mükafatlardan biri də prezident tərəfindən “İstiqlal” ordeni ilə təltif edilməyimdir”, - deyə xalq artisti bildirib.

Ayan Rzayeva