Aygün Bəylərlə vida mərasiminin keçiriləcəyi yer açıqlanıb

Mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi sabah saat 11:00-da Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçiriləcək.

Aznews.az xəbər verir ki, bu barədə sənətçinin yaxınları bildirib.

Vida mərasimindən sonra mərhum saat 13:00-da Suraxanı kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist ötən gecə Türkiyədə xəstəxanada vəfat edib.