Yazıçı Orxan Cuvarlı müsabiqədə qalib oldu

Görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsinin qalibləri məlum olub.

AzNews.az xəbər verir ki, yazıçı Orxan Cuvarlı da qaliblər sırasındadır.

Qeyd edək ki, müsabiqə Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə keçirilib.

Müsabiqədə gənc yazarlar – Cavid Babayev birinci, Orxan Cuvarlı ikinci, Xan Abdulla isə üçüncü yerin sahibi olub.

Xatırladaq ki, müsabiqə yaşı 35-dək olan gənc yazarlar arasında keçirilirdi.

Müsabiqənin mükafatlandırma mərasimi gələn həftə AYB-də baş tutacaq.

Cavid Babayev

Orxan Cuvarlı

Xan Abdulla