Azərbaycanlı yazarın məqalələri ərəbdilli mətbuatda geniş yayılıb

Tanınmış yazar, fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin “Qalib Liderin siyasi portreti” və “Qalib xalqın qalib Lideri” sərlövhəli məqalələri ərəb və körfəz ölkaələrinin mətbuatında dərc olunub.

Misirin “Alharir.info” və “namber1news”, Əlcəzairin “Elalmelarbu.com”, İordaniyanın “Nayroua.com”, Suriyanın “eshibelia- news.com”, İraqın “www.adnaden.net”, “ta7iamasr.com” və “alwatanianews.com”, Omanın “elwatanelmasru.com” və “journalaswat.com” saytlarında ərəb, ingilis dillərində yayımlanan məqalələrdə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrinin xalqın dövlətimizin başçısı İlham Əliyev şəxsiyyətinə yüksək inamının, onun gördüyü işlərə verilən qiymətin təzahürü olduğu bildirilib.

Müəllif bildirir ki, məqalələrin 12 ərəb ölkəsinin 60-a yaxın saytında dərc olunması və yerli TV-lərdə həmin bununla bağlı xülasənin təqdim edilməsi Azərbaycan Prezidentinin fəaliyyətinə və həyata keçirdiyi işlərə həmin ölkələrdə yüksək marağın göstəricisidir.

image description image description image description