Svetlana Turanın yazısı məşhur jurnalda

""MultiLingual" jurnalı tərcümə sektorunun dünyada ən məşhur çap və onlayn jurnalıdır, ABŞ-də aylıq dərc olunur, Renato Beninattonun sahibkarı olduğu "Nimdzi Insights" şirkətinin nəzdində çıxır.
Ötən ay jurnaldan Azərbaycanın ən yaxşı tərcümə şirkətlərindən olan "Vero"nun direktoru Əli Əhmədova bir e-mail gəlir. Təklif olunur ki, işçilərindən və ya həmkarlarından birini "The Hidden Gems of 2025 - Meet some of the language industry's most outstanding professionals" məqaləsi üçün tövsiyə etsin. O da məhz məni tövsiyə edir. Beləcə, heç xəyalıma da gəlməyəcək bir şey baş verir - bu cür mötəbər jurnalda mənim haqqımda yazı çıxır"!

Bu barədə AzNews.az-a tərcüməçi yazar Svetlana Turan məlumat verib. O, bildirib:

"Məqalənin sonundakı "Accolades" hissəsində yazılanlar Əlinin mənim haqqımda verdiyi rəydir. Bu rəyi minnətdarlıq və qürur hissi ilə oxudum, mənə bu cür dəyər verildiyinə görə həm də kövrəldim".

AzNews.az