- Mədəni adam
- 10:52
- 813
"İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025"ə 5 min ziyarətçinin qatılacağı gözlənilir
Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə keçiriləcək "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025"ə 5 min ziyarətçinin qatılacağı gözlənilir.
Aznews.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova bununla bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan ilk dəfədir İƏT-in mədəniyyət festivalına ev sahibliyi edir:
"Bu tədbir bizim multikultiral dəyərlərə göstərdiyimiz hörmətin nəticəsidir. Tədbir 50 ölkədən 300-dən artıq nümayəndəni bir araya gətirəcək. Tədbirdə 5 min ziyarətçinin iştirak edəcəyi gözlənilir. Bu cür tədbirlər İƏT daxilində həmrəyliyin möhkəmlənməsinə imkan yaradır".
AzNews.az