Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Xalq şairi Nəriman Həsənzadənin stasionar müalicəsi davam edir.

Aznews.az xəbər verir ki, Bu barədə Mərkəzi Klinik Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onun vəziyyəti ağır-stabil olaraq qalır.

Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.