"Qızıl Qlobus”un builki qalibləri açıqlanıb

2026-cı il “Qızıl Qlobus” mükafatının qalibləri açıqlanıb.

Aznews.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Pol Tomas Anderson “Bir Döyüş Ardınca Bir Döyüş” adlı filmi ilə “Qızıl Qlobus”un 86-cı mükafatlandırma mərasimində komediya kateqoriyası üzrə ən yaxşı rejissor mükafatına layiq görülüb.

Kloe Çjaonun Şekspirin eyniadlı əsəri əsasında çəkdiyi “Hamnet” filmi isə “Günahkarlar” filmini geridə qoyaraq ən yaxşı film (dram) nominasiyası üzrə qalib olub.

Ən yaxşı kişi aktyor nominasiyasında “The Secret Agent” filmindəki roluna görə Vaqner Moura mükafata layiq görülüb.

Ən yaxşı qadın aktrisa nominasiyası üzrə isə “Hamnet” filmindəki roluna görə Cessi Bakli qalib olub.

Qeyd edək ki, bu il “Qızıl Qlobus” mükafatlarının 86-cı təqdimetmə mərasimi keçirilib.

Aznews.az