- Mədəni adam
- 12:24
- 1 111
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq.
Bu barədə APA-ya mərhum xanəndənin oğlu Yaşar Babayev məlumat verib.
“Hava şəraiti ilə əlaqədar hələlik işlərə başlanılmayıb, amma yaxın günlərdə büstün hazırlanması üçün işlərə başlanılacaq”, – o bildirib.
Yaşar Babayev onu da qeyd edib ki, qəbirüstü abidə ailənin öz hesabına hazırlanır.
Xatırladaq ki, Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən il avqustun 1-də vəfat edib.
Aznews.az