“Nerdlərin qisası” və “Lizzi Makquayr” kimi ekran işləri ilə tanınan Robert Karradayn intihar edib.
Aznews.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.
Məlumata görə, 71 yaşlı aktyor 20 il psixi pozğunluqla mübarizə aparırmış.
Qeyd edək ki, Karradayn kino karyerasına uşaq aktyor kimi başlayıb və 1972-ci ildə Con Uayne ilə birlikdə “Kovboylar” filmində debüt edib. Daha sonra “Evə gəlmək” və Martin Scorsesenin “Ara küçələr” filmlərində rol alıb, lakin ona əsas şöhrəti “Nerdlərin qisası” qazandırıb.
Aznews.az