Sentyabrın 30-da Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlərin müəyyən edilməsi məqsədi ilə I seçim turu keçirilib. Sentyabrın 30-da Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlərin müəyyən edilməsi məqsədi ilə I seçim turu keçirilib.
  • Mahal
  • 1 Oktyabr 2018 12:36
  •  3 370

Beynəlxalq Elm Olimpiadasında iştirak üçün I seçim turu keçirilib

Sentyabrın 30-da Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlərin müəyyən edilməsi məqsədi ilə I seçim turu keçirilib.

Fizika, kimya və biologiya fənləri üzrə biliklərini nümayiş etdirən şagirdlər 3 saat ərzində 45 tapşırığa cavab veriblər. AzNews.az xəbər verir ki, ölkənin hər bir bölgəsindən təxminən 1200 şagirdin iştirak etdiyi I seçmə imtahanının nəticəsinə əsasən, 20 ən yaxşı şagird seçilərək, hazırlıq prosesinə cəlb ediləcək. Oktyabrın sonunda isə 20 şagird arasında keçiriləcək II seçmə turun nəticəsinə görə ölkəni təmsil edəcək 6 şagird müəyyən olunacaq.

Qeyd edək ki, yeniyetmələr arasında 15-ci Beynəlxalq Elm Olimpiadası (İJSO 2018) 2-11 dekabr 2018-ci il tarixlərində Botsvana Respublikasında keçiriləcək.
Beynəlxalq Olimpiadalara Hazırlıq mərkəzlərinə şagirdlərin seçimi isə sentyabrın 29-da keçirilib. Fizika, kimya, biologiya və riyaziyyat fənləri üzrə keçirilən seçmə imtahanlarında ölkənin bütün bölgələrindən ümumilikdə 1600 şagird iştirak edib. İnformatika fənni üzrə seçim imtahanı oktyabrın birinci yarısında təşkil ediləcək.

Səidə Nurməmmədli,
AzNews.az