Faktla bağlı araşdırma aparılır. Faktla bağlı araşdırma aparılır.
  • Mahal
  • 30 Noyabr 2018 11:18
  •  2 314

Ərəb turistlərin olduğu maşın qəzaya düşdü - Yenilənib

Faktla bağlı araşdırma aparılır.

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

Şəki-Kiş avtomobil yolunda baş verən qəza zamanı xəsarət alan 7 nəfərdən 3-ü 99-KM-395 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobilində olan Bəhreyn vətəndaşları - Nohuma Teyfulla, Abdulla Sales və Nəsiri Abdulladır.

Xəsarət alanlardan 4-ü "Mercedes" markalı avtomobildə olan Şəki rayon sakinləri - Pərvanə Fikrət qızı Məmmədəminova, Şəbnəm Məmməd qızı Məmmədova,Tariyel Məzahir oğlu Səmədli və İsrafil Fikrət oğlu Rzayevdir.

Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan Bəhreyn vətəndaşlarının vəziyyəti normal, digərlərinin vəziyyəti isə ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

***
10:33

Şəki rayonunda baş verən ağır yo-nəqliyyat hadisəsi xəsarət alanların sayı 7 nəfərə çatıb.

İçərisində ərəb turistlərin də olduğu yol qəzası zamanı xəsarət alan şəxslərin kimlikləri hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

***
09:50

Şəkidə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında Şəki-Marxal avtomobil yolunda qeydə alınıb.

Hələ ki, şəxsiyyətləri məlum olmayan sürücülərin idarə etdikləri iki avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.(report.az)

© AzNews.az