Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
  • Mahal
  • 4 Yanvar 2019 11:13
  •  1 400

Bərdədə ağır qəza - Ölən var

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mirzəxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü isə ağır xəsarətlər alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

© AzNews.az