- Mahal
- 13 Mart 2019 15:18
- 1 429
Ata və oğlunu maşın vurdu - Biri öldü

Gəncədə ata və oğlunu maşın vurub.
Hadisə Kəpəz rayon, Üzeyer Hacıbəyli küçəsində qeydə alınıb.
Samux rayon sakini, 1995-ci il təvəllüdlü Kənan Rasim oğlu Abdullazadə idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakinləri, 1964-cu il təvəllüdlü Səttar Əşrəf oğlu Qəribovu və onun 29 yaşlı Anar adlı oğlunu vurub. Qəza nəticəsində S.Qəribov ölüb. A.Qəribov isə özəl xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.(report.az)
AzNews.az