- Mahal
- 4 Aprel 2019 22:58
- 1 542
Ağstafada 24 yaşlı qadın intihara cəhd etdi

Hazırda qadının vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.
Ağstafa rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.
Rayon sakini olan 24 yaşlı qadın 20-dən çox eyni növ dərman preparatını içərək intihara cəhd edib.
O, ağır halda xəstəxanaya aparılıb və həkimlər tərəfindən tibbi yardım alıb. Hazırda qadının vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.
Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.
Faktla bağlı araşdırma aparılır. (report)
AzNews.az