- Mahal
- 5 Aprel 2019 00:21
- 2 117
Göyçayda 69 yaşlı kişini maşın vurdu
.jpg)
Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün axşam saatlarında Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.
Şəhər sakini, 1950-ci il təvəllüdlü Miriyev Abduləli Məhəmmədəli oğlu yolu keçərkən "VAZ 2107" markalı minik avtomobili onu vurub. Hadisə zamanı piyada ağır bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır. (ona.az)
AzNews.az