Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
  • Mahal
  • 15 May 2019 12:29
  •  2 232

Biləsuvarda maşın aşdı - Ölən var

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Biləsuvar rayonununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 14-də Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Sumqayıt şəhər sakini Q.Həmidov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.

Nəticədə sərnişini, həmyerlisi Elman Cəfərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az