Hadisə yerinə müvafiq texnika və canlı qüvvə cəlb olunub Hadisə yerinə müvafiq texnika və canlı qüvvə cəlb olunub
  • Mahal
  • 13 İyun 2019 09:21
  •  2 206

Şamaxı, Füzuli və Samux rayonlarında taxıl sahələri yanıb

Hadisə yerinə müvafiq texnika və canlı qüvvə cəlb olunub

Azərbaycanın 3 rayonunda taxıl sahələrində yanğın olub.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı FHN yayıb.

Şamaxı rayonunun Çöl Göylər kəndi yaxınlığında biçilmiş və biçilməmiş taxıl sahələrində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Hazırda deyilən ərazidə yanğınsöndürmə işləri davam etdirilir.

Füzuli rayonunda isə 2,5 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Samux rayonunun Lək kəndində də 10 ha biçilmiş və 2 ha biçilməmiş taxıl sahəsi yanıb. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az