A.Əhmədov və onun qohumları vəkili ölümlə hədələyir A.Əhmədov və onun qohumları vəkili ölümlə hədələyir
  • Mahal
  • 17 Sentyabr 2019 16:04
  •  1 270

Məhkəmə işini uduzan vəkili ölümlə hədələyirlər

A.Əhmədov və onun qohumları vəkili ölümlə hədələyir

Bərdə rayonunda vəkil fəaliyyəti ilə məşğul olan şəxs təhdidlərə məruz qalıb.

Rayonun Vəkillər Bürosunda vəkil işləyən 1957-ci il təvəllüdlü Salahov Elgiz Sabir oğlu hədələnməsi ilə bağlı rayon prokurorluğuna müraciət edib.

O, müraciətində bildirib ki, rayon sakini 1978-ci il təvəllüdlü Əhmədov Atamoğlandan mülki iş ilə əlaqədar hüquqi yardım müqabilində 1900 manat pul alıb. Lakin məhkəmədə mülki işi uduzub. İndi A.Əhmədov və onun qohumları vəkili ölümlə hədələyir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. (Report)

AzNews.az