Hadisə səhər saatlarında baş verib Hadisə səhər saatlarında baş verib
  • Mahal
  • 22 Oktyabr 2019 13:51
  •  2 083

Qusarda bədbəxt hadisə - 32 yaşlı kişi dağda yıxılıb

Hadisə səhər saatlarında baş verib

Qusar rayonunda bədbəxt hadisə baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Qusar rayonunun Quxur kəndindəki dağ massivində 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlu hündürlükdən yıxılaraq dərəyə düşüb.

Hadisə yerinə nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bahar RÜSTƏMLİ

AzNews.az