Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Mahal
  • 1 Dekabr 2019 12:41
  •  2 466

Sürücünün yuxulaması dəhşətlə nəticələndi: Ata və qızı... - FOTO

Faktla bağlı araşdırma aparılır

Lənkəranda avtomobil qəzasında iki nəfər ağır xəsarət alıb.

Hadisə Ələt-Astara-İran İslam Respublikası dövlət sərhəd yolunun 165-ci km-də Lənkəran rayonunun Girdəni kəndindən keçən hissəsində baş verib.

Əslən Naxçıvan Muxtar Respublikasının Culfa şəhərindən olan 1964-cü il təvəllüdlü İmran Əli oğlu Yağubov idarə etdiyi "VAZ-2107" markalı, "99-MP-353" dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yoldan çıxaraq bir neçə metr irəlidəki torpaq sahəyə aşıb.

Qəza nəticəsində sürücü və qızı, 1993-cü il təvəllüdlü Bakı şəhəri Nizami rayonu Babək prospekti 51 ünvanında yaşayan Yaqubzadə Cəmilə İmran qızı ciddi xəsarətlər alıblar. Hər iki yaralı deformasiyaya uğramış avtomobildən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlara yuxarı və aşağı ətraflarda açıq və qapalı sınıqlar qeydə alınıb. Məlumata görə, qəzaya düşən ata və qızı İran İsalm Respublikasına müalicə almaq üçün gedirlərmiş. Hadisəyə yüksək sürətlə hərəkət zamanı sürücünün yuxulamasının səbəb olduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır. (Report)

AzNews.az

image description