Gigiyena normativlərinə əməl edilmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub Gigiyena normativlərinə əməl edilmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub
  • Mahal
  • 6 Dekabr 2019 10:24
  •  2 794

Bərdədən gələn bu pendirləri almayın- Təhlükəlidir

Gigiyena normativlərinə əməl edilmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub

Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexini aşkarlanıb.

AzNews.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonu Alaçadırlı kəndində vətəndaş Həsənov Mehman Zakir oğluna məxsus pendir istehsalı müəssisəsinə reyd keçirib.

Reyd zamanı saçaqlı pendir istehsal edən sexdə əhalinin qidalanmasının təşkilinə, yeyinti məhsullarının istehsalı, saxlanılması, daşınması və satışına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqların pozulması faktı müəyyən edilib.

İstehsal müəssisəsinin sanitariya norma və qaydalarına, eləcə də gigiyena normativlərinə əməl edilmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq sexin fəaliyyəti məhdudlaşdırılıb.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description