DİN məlumat yayıb DİN məlumat yayıb
  • Mahal
  • 8 İyul 2020 16:10
  •  4 119

Yas mərasimi təşkil edən 18 nəfər cərimələndi

DİN məlumat yayıb

Ağsu Rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə rayonun Ərəbmehtibəy kəndində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin yas mərasimi dərhal dayandırılıb və orada olan şəxslər saxlanılaraq Ağsu Rayon Polis Şöbəsinə gətirilib.

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar.