Ev yiyəsi və orada olan digər 15 nəfər Polis Şöbəsinə gətirilib Ev yiyəsi və orada olan digər 15 nəfər Polis Şöbəsinə gətirilib
  • Mahal
  • 30 Avqust 2020 15:11
  •  3 978

Ağcabədidə 4 nəfər həbs edildi, 12-si cərimələndi

Ev yiyəsi və orada olan digər 15 nəfər Polis Şöbəsinə gətirilib

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman Ağcabədi şəhəri ərazisində yerləşən N. Abbaslıya məxsus evdə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb. Ev yiyəsi və orada olan digər 15 nəfər Polis Şöbəsinə gətirilib.

Karantin qaydalarını pozan həmin şəxslərdən 4 nəfər inzibati qaydada həbs edilib, 12 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.