• Mahal
  • 26 Sentyabr 19:46

Göygöldə silsilə oğurluqlar edənlər saxlanıldı

Faktla bağlı araşdırmalar davam etdirilir

Göygöl rayonunda oğurluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, Göygöl rayonu ərazisində iki evdən, bir mağazadan, bir kafedən və bir çay evindən pul, tütün məmulatı, danışıq kartları, məişət əşyaları və ərzaq məhsulları oğurlamaqda, həmçinin marketlərin birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən rayon sakini E.İsazadə Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.