Yolun ümumi uzunluğu 29 km-dir Yolun ümumi uzunluğu 29 km-dir
  • Mahal
  • 20 Oktyabr 2020 12:25
  •  7 233

Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları bərpa olunur

Yolun ümumi uzunluğu 29 km-dir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzNews.az-a məlumat verilib.

Ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib.