Şuşada Şuşada
  • Mahal
  • 20 Noyabr 2020 15:00
  •  7 243

Azərbaycan və Rusiyanın yüksək rütbəli şəxsləri görüşüb

Şuşada

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev 20 noyabr 2020-ci il tarixində Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyovla görüşüb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.

Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.