- Mahal
- 18 Dekabr 2020 22:19
- 3 130
Şəmkirdə ana və qızı dəm qazından zəhərləndi, biri öldü
Ananın həyatını xilas etmək mümkün olmayıb
Şəmkirdə dəm qazından zəhərlənmə hadisəsi baş verib.
AzNews.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Könüllü kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü Nailə Əsgərova və 7 yaşlı qızı Səlmi yaşadığı evdə dəm qazından zəhərləniblər.
Zəhərlənən ana və qızı xəstəxanaya çatdırılsa da, ananın həyatını xilas etmək mümkün olmayıb. Səlminin vəziyyəti isə ağır qiymətləndirilir.