- Mahal
- 6 Fevral 2021 11:23
- 6 056
Cocuq Mərcanlının yenidən qurulması xalqımızın qayıdış əzminin rəmzinə çevrildi - Hikmət Hacıyev

"2016-cı ilin aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndi ətrafında təhlükəsizlik mühiti təmin olunub"
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Cocuq Mərcanlıya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
H.Hacıyev bildirib ki, Cocuq Mərcanl fiziki olaraq Azərbaycanın nəzarətində olsa da, amma o zaman Lələ Təpə yüksəkliyinin Ermənistan silahlə qüvvələrinin nəzarətində olduğu üçün biz bu ərazidə tikinti-quruculuq işləri apara bilmirdik: “Biz hətta 2017-ci ilin fevralında diplomatik korpus nümayəndələri ilə bu kəndə səfər etmişdik. Tamamilə dağıntı bir şəraitində idi. O zamankı dağıntı formasını biz Azəbaycanın digər işğaldan azad edilmiş ərazilərində görürdük və bu gün də Cəbrayıla və Zəngilana səfərimiz zamanı bu kimi dağıntıları yenə görəcəyik.
Amma gördüyünüz kimi çox qısa bir müddətdə, yəni 2017-2018-ci illərdə Cocuq Mərcanlə kəndi yenidən quruldu. Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının qayıdış əzminin bir rəmzinə çevrildi”. (trend)
AzNews.az