• Mahal
  • 11 Mart 09:05
  •  3 216

Gəncədə intihara cəhdin qarşısı alınıb

FHN məlumat yayıb

Gəncə şəhərində intihara cəhdin qarşısı alınıb.

Bu barədə AzNews.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.