Xəsarət alanlardan isə ikisi kişi, biri qadındır Xəsarət alanlardan isə ikisi kişi, biri qadındır
  • Mahal
  • 12 İyun 2021 09:08
  •  5 372

Gəncədə yaşayış binasında iki ev yanıb

Xəsarət alanlardan isə ikisi kişi, biri qadındır

Gəncə şəhərində baş verənin yanğının bəzi təfərrüatları məlum olub.

AzNews.az “Report”a istinadən xəbər verir ki, yanğın mənzillərin birində qazsızması nəticəsində baş vermiş partlayışdan sonra yaranıb.

Alov digər mənzilə keçib və nəticədə biri 1 otaqlı olan 2 mənzildə yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin beş yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Xəsarət alanlardan isə ikisi kişi, biri qadındır.